Bu tarixlərdə EHTİYATLI OLUN! — 5-6 bal...
Günəşdəki dəyişiklikləri izləyən xarici laboratoriyaların məlumatına əsasən, oktyabrda Yerdə bir neçə maqnit qasırğası qeydə alınacaq.
Hurriyyet.az sfera.az-a istinadən xəbər verir ki, bu cür hadisələr hava şəraitindən asılı olan insanlar üçün təhlükəli ola bilər. Alimlərin fikrincə, oktyabrın hər həftəsi maqnit qasırğası olacaq.
İlk güclü maqnit qasırğası ayın əvvəlində, oktyabrın 3-dən 6-dək gözlənilir. Qasırğanın gücü əvvəlcə 4 bal olacaq, sonra 5 bala yüksələcək. Növbəti artan günəş aktivliyi oktyabrın 10-dan 12-dək gözlənilir. Birinci gün güc 4 bal, sonra ayın 11-də 5 bal, ayın 12-də isə 6 bala çatacaq. Oktyabrın 17-də zəif birgünlük maqnit qasırğası gözlənilir. Sonra oktyabrın 22-dən 26-na kimi yüksək günəş aktivliyi olacaq. Bu fırtına uzun, lakin zəif olacaq və 4 baldan yüksək olmayacaq.
Günəş enerjisinin son buraxılışı oktyabrın 29-da gözlənilir və bu fırtınanın gücü 4 bal olacaq.
Qeyd edək ki, bu proqnoz qeyri-dəqiqdir və ay ərzində dəyişə bilər. Çünki belə uzun müddət ərzində Günəşin davranışını proqnozlaşdırmaq çətindir. Alimlər bildirir ki, belə günlərdə hava şəraitindən asılı olan insanlar, yaşlı insanlar və xroniki xəstəlikləri olanlar özlərini pis hiss edə bilərlər. Ən çox görülən simptomlar başgicəllənmə, baş ağrısı, ürəkbulanma, əzələ və oynaq ağrıları, yuxusuzluq, əsəbilik və yüksək təzyiqdir.
Maqnit qasırğası günlərində alkoqol və enerji içkilərini içmək, qəhvədən çox istifadə etmək, yağlı, ədviyyatlı, zərərli qidalar yemək, əsəbiləşmək, yuxu rejimini pozmaq məsləhət deyil.