“Bu tarixdə Azərbaycanla sülh sazişi imzalana bilər” - Erməni politoloq

2022-09-05 12:18:00

“Bu tarixdə Azərbaycanla sülh sazişi imzalana bilər” - Erməni politoloq

“Ermənistanın Baş naziri Nikol Paşinyanın fərmanı ilə ölkənin Xarici İşlər Nazirliyində Azərbaycanla hərtərəfli sülh sazişinin imzalanmasına hazırlıqla məşğul olan İşçi Qrup yaradılıb”.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən erməni politoloq Andranik Ovannisyan öz teleqram kanalında paylaşıb.

Onun sözlərinə görə, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bu prosesdə iştirak edir.

O bildirib ki, sözügedən sazişin imzalanması tarixi ilə bağlı dəqiq məlumat olmasa da, saziş cari ilin noyabrında baş tuta bilər.

“Əldə olan məlumata görə, sənədin hazırkı nümunəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və Ermənistan və Azərbaycan arasında regional nəqliyyat kommunikasiyalarının açılması qeyd olunur”, - deyə Ovannisyan qeyd edib.(Qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058816