Bu şəxslərin DİQQƏTİNƏ: Hər ay 400 manat... - RƏSMİ
2024-09-17 14:11:29
Bu ilin sentyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda 283,5 min nəfər işsiz şəxs olub.
Musavat.com-un xəbərinə görə, hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 8 ay ərzində ölkədə işsizlərin sayı 3,3 min nəfər azalıb.
Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı isə 222,8 min nəfər olub. Onların 54 faizini kişilər, 46 faizini qadınlar təşkil edir.
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 404 manat olub.