Saat:01:33
Haqqımızda

Bu şəxslər üçün avtobuslardan və metrodan istifadə ödənişsiz oldu – RƏSMİ

2024-11-06 23:03:39

Bu şəxslər üçün avtobuslardan və metrodan istifadə ödənişsiz oldu – RƏSMİ

9-24 noyabr 2024-cü il tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün avtobus marşrutlarından istifadə ödənişsiz olacaq.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“Bakı Metropoliteni” QSC-dən isə verilən məlumatda bu gündən 22 noyabr tarixinədək metroda COP29 iştirakçıları üçün istifadənin ödənişsiz olacağı bildirilib.

Metro və avtobuslardan istifadə üçün COP29 iştirakçıları akkreditasiya kartlarını təqdim etməlidir.