Bu şəxslər testdən keçmədən dövlət qulluğu üçün müsahibəyə buraxıla bilər

2022-06-23 10:24:00

Bu şəxslər testdən keçmədən dövlət qulluğu üçün müsahibəyə buraxıla bilər

“Dövlət İmtahan Mərkəzi tərəfindən "Dövlət qulluğu haqqında" Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsi hazırlanıb”.

Hurriyyet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Xalq” qəzetində dərc olunmuş məqaləsində bildirib.

“Layihədə dövlət qulluğunun xüsusi növündə olan xüsusi, hərbi və ya diplomatik rütbələrin dövlət qulluğunun ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması, habelə dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin onun dövlət qulluğu stajına və dövlət qulluğu stajının onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi, dövlət orqanının rəhbəri tərəfindən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər sırasından seçim zamanı subyektivliyin qarşısını almaq məqsədilə daha yüksək nəticə əldə etmiş namizədlərə üstünlük verilməsi öz əksini tapıb.

Bununla yanaşı, dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslərin ümumi müsahibədə və ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında keçirilən daxili müsahibədə iştirak edə bilməsi, dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslərin, dövlət orqanlarında (qurumlarında) siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslərin müsabiqənin test imtahanı mərhələsində iştirak etmədən müsabiqə üzrə müsahibədə, habelə umumi müsahibədə iş­tirak edə bilməsi kimi əhəmiyyətli müddəalar da nəzərdə tutulub”, - DİM sədri qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya