Saat:22:27
Haqqımızda

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - Rəsmi

2025-04-09 17:05:09

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - Rəsmi

Azərbaycanda bakalavr və magistratura təhsil pillələrini bitirən şəxslər hərbi xidmətə çağırılır. Lakin doktarantura təhsili alanların əsgər gedib-getməyəcəyi sualı cəmiyyətdə maraq doğurur.

Bəs doktorantlar hərbi xidmətə çağırılacaq?

Hurriyyet.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov Mətbuat.az-a açıqlamasında doktorantların alimlik dərəcəsi aldıqları təqdirdə hərbi xidmətə çağırılmayacaqlarını bildirib.

"Lakin təhsil aldıqları müddət ərzində müdafiə edə bilməsələr, onlar da hər bir Azərbaycan vətəndaşı kimi hərbi xidmətə cəlb ediləcəklər", - deyə o əlavə edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.235240