“Bu şəhərlər uğrunda döyüşlər kuliminasiya mərhələsinə daxil olub” - Arestoviç

2022-06-23 14:58:00

“Bu şəhərlər uğrunda döyüşlər kuliminasiya mərhələsinə daxil olub” - Arestoviç

Severodonetsk və Lisiçansk uğrunda döyüşlər kuliminasiya mərhələsinə daxil olub.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin müşaviri Aleksey Arestoviç ölkənin milli telekanalına açıqlamasında deyib.

“Bu mərhələ hərbi nöqteyi-nəzərdən olduqca dəhşətli görünür”, - o vurğulayıb.

Arestoviç hazırkı vəziyyəti “boksun 18-ci raundu”na bənzədib.

“Ora iki artilleriya batalyonu göndərən istənilən tərəf döyüşdə qalib gələcək. Gəlin görək, kim göndərəcək. Kimin (bu batalyonları) var. Bunu hər iki tərəfdən də yalnız hərbi komandanlıq bilir”, - Prezidentin müşaviri əlavə edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya