Bu şəhər və rayonlarda qaz kəsiləcək

2023-08-21 23:57:05

Bu şəhər və rayonlarda qaz kəsiləcək

Tərtər və Qax rayonlarının, həmçinin Yevlax şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Hurriyyet.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Tərtər-2” ölçü qovşağından qidalanan orta təzyiqli yeraltı qaz kəmərində, “Qax” ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz xəttində görüləcək təmir işləri və Yevlax şəhəri ərazisində orta təzyiqli qaz xəttinin əhali kollektoruna birləşdirilməsilə əlaqədar avqustun 22-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137417