Bu sayğaclar istismardan yığışdırılır – “Azəriqaz”

2022-01-14 10:33:00

Bu sayğaclar istismardan yığışdırılır – “Azəriqaz”

Smart-kart tipli sayğaclar istehsalatdan mütləq çıxacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, bütün dünyada smart-kart tipli sayğaclar artıq istehsalatdan çıxır və "Azəriqaz" da artıq bu sayğacların alınmasını qismən dayandırıb:

“Növbəti ildə 60 minə yaxın belə sayğacın alınmasını həyata keçirəcəyik. Yəqin ki, bu bizim son müqaviləmiz olar. Artıq Avropada bu sayğaclar ümumiyyətlə istehsal olunmur və istismardan yığışdırılır”.