Saat:20:27
Haqqımızda

“BU SAXTAKARLIĞA GÖRƏ CƏZALANDIRILAN OLUBMU? “ - Sabiq deputat maraqlı rəqəmlər açıqladı

2024-11-30 12:35:13

“BU SAXTAKARLIĞA GÖRƏ CƏZALANDIRILAN OLUBMU? “ - Sabiq deputat maraqlı rəqəmlər açıqladı

“Dövlət İmtahan Mərkəzinin (DİM) 12 saylı Abituriyent jurnalı təhsil müəssisələrinin tam mənzərəsini göstərir”.

Hurriyyet.az xəbər verir ki, bu barədə keçmiş deputat, tanınmış təhsil eksperti Etibar Əliyev “facebook” hesabında yazıb.

“Görəsən şagird nailiyyətlərinin qiymətləndirilməsində yol verilən nöqsanlara (saxtakarlığa) görə indiyə kimi cəzalandırılan olubmu”, –deyə o, sual edir.

E.Əliyev daha sonra bəzi şəhər və rayonlardakı qəbulun nəticələrinin statistik təhlilini verib:

Bakı şəhəri

2023-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 26460 şagird bitirib.

Abituriyentlərin 38% -i 0-200 intervalında bal toplayıb.

Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 5.24%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 44.09%-dir.

Gəncə

2023-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 3002 şagird bitirib

Abituriyentlərin ən çoxu Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri) və Bakı Dövlət Universitetinə qəbul olub.

Abituriyentlərin 43% -i 0-200 intervalında bal toplayıb

Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 8.80%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 32.20%-dir.

Naxçıvan şəhəri

2023-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 829 şagird bitirib.

Abituriyentlərin 40% -i 0-200 intervalında bal toplayıb

Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 2.88%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 39.90%-dir.

Abşeron rayonu

2023-cü ildə rayonun ümumtəhsil müəssisələrini 3724 şagird bitirib.

Abituriyentlərin 41% -i 0-200 intervalında bal toplayıb.

Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 10.42%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 30.25%-dir.

Beyləqan

2023-cü ildə rayonun ümumtəhsil müəssisələrini 822 şagird bitirib.

Abituriyentlərin 50% -i 0-200 intervalında bal toplayıb

Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 10.17%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 22.03%-dir.

Gədəbəy

2023-cü ildə rayonun ümumtəhsil müəssisələrini 836 şagird bitirib.

Abituriyentlərin 44% -i 0-200 intervalında bal toplayıb

Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 10.53%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 25.44%-dir. Rayonun abituriyentlərinin yalnız 33.73 faizi 300-dən yuxarı bal toplayıb.

İmişli

2023-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1075 şagird bitirib.

Abituriyentlərin 50% -i 0-200 intervalında bal toplayıb

Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 13.58%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 16.05%-dir.

Qazax

2023-cü ildə rayonun ümumtəhsil müəssisələrini 817 şagird bitirib.

Abituriyentlərin 54% -i 0-200 intervalında bal toplayıb -

0-100 intervalında 20.16% (127 nəfər), 100-200 intervalında 33.81% (213 nəfər). Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 5.26%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 23.16%-dir.

Quba

2023-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1553 şagird bitirib.

Abituriyentlərin 55% -i 0-200 intervalında bal toplayıb

0-100 intervalında 21.48% (218 nəfər), 100-200 intervalında 32.81% (333 nəfər).

Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 13.00%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 37.00%-dir.

Lənkəran

2023-cü ildə rayonun ümumtəhsil müəssisələrini 2046 şagird bitirib.

Abituriyentlərin 47% -i 0-200 intervalında bal toplayıb

Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 9.05%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 32.16%-dir.

Azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.212358