Saat:05:15
Haqqımızda

Bu sahədə işləyənlərin maaşı 3,4 min manatdan 950 manata düşüb – Rəsmi

2024-07-05 12:12:01

Bu sahədə işləyənlərin maaşı 3,4 min manatdan 950 manata düşüb – Rəsmi

Bu ilin yanvar-mart aylarında qeyri-dövlət sektorunda muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 1 038 manat 70 qəpik olub.

Hurriyyet.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-dövlət sektorunda muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 9% artıb.

Məlumat üçün bildirək ki, əksər sahələrdə əmək haqqı artsa da, bəzi sahələrdə azalmalar qeydə alınıb. Ən kəskin azalama isə kitabxanalarda, arxivlərdə, muzeylərdə və digər mədəniyyət müəssisələrində çalışanların maaşında qeydə alınıb. Əgər, ötən ilin ilk 3 ayında bu sahələrdə işləyənlərin orta aylıq nominal əmək haqqı 3 min 384 manat 50 qəpik olubsa, bu ilin ilk 3 ayında 3,6 dəfə azalaraq 947 manat 30 qəpiyə düşüb.

Yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.301337