Bu rayonlarda Mehdiyevin villaları var
Oktyabrın 14-də barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçiləndən sonra Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Nabrandakı 4 mərtəbəli villasını satışa çıxardığına dair məlumat yayılıb. Dəbdəbəli mülkün qiyməti açıqlanmasa da, Mehdiyevin ailə üzvlərinin real alıcıya güzəştə gedəcəyi bildirilir.
Milyonluq dəyəri olan daşınmaz əmlakların satışı ilə məşğul olan iri şirkətlərdən birinin əməkdaşı saytımıza Mehdiyevlərin bir deyil, bir neçə və villanı satmaq istədiyini açıqlayıb. Məlumatlı şəxs həmin villalardan ikisinin Bakı şəhərində, digərlərinin isə, Nabran, Xızı, Quba. Göyçay və Qəbələdə yerləşdiyini bildirib. O, villaları yerləşdiyi əraziyə və dizaynına görə fərqli qiymətlərə təklif olunduğunu deyib.
Şirkət əməkdaşı hələlik heç bir satış reallaşdıra bilmədiklərini söyləyib. Onun sözlərinə görə, müştərilər satışa çıxarılan mülklərin Ramiz Mehdiyevə və ailə üzvlərinə məxsus olduğunu öyrənəndən sonra fikirlərindən daşınırlar. Buna səbəb Mehdiyevin sahib olduğu daşınmaz əmlakin üzərinə həbs qoyulacağına dair təhlükənin davam etməsidir.
Qeyd edək ki, Əməkdar jurnalist Rauf Arifoğlu bir neçə gün əvvəl TV Musavat-a açıqlamasında Ramiz Mehdiyevin və ailə üzvlərinin Bakı şəhərində 1000-dən artıq mənzilə sahib olduğunu iddia edib.
\\Metbuat.Az
