Saat:15:45
Haqqımızda

Bu rayonlarda duman: görünüş 200 metrədək məhdudlaşdı

2025-02-01 11:02:17

Bu rayonlarda duman: görünüş 200 metrədək məhdudlaşdı

Fevralın 1-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Bu barədə Hurriyyet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvanda və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.269685