Saat:00:26
Haqqımızda

Bu rayonlara prokurorlar təyin edildi - Yenilənib

2024-02-28 13:00:00

Bu rayonlara prokurorlar təyin edildi - Yenilənib

Qubadlı rayonuna yeni prokuror təyin edilib.

Hurriyyet.az xəbər verir ki, bu haqda baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Emil Kərimov Qubadlı rayonunun prokuroru təyin edilib.

Qeyd edək ki, E. Kərimov Qubadlıda anadan olub. O, 14 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

***

Baş prokuror Kamran Əliyev, həmçinin daha 4 rayona prokurorlar təyin edilməsi ilə bağlı əmrlər imzalayıb.

Əmrlərə əsasən, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev həmin vəzifələrə təyinat alıblar.

qafqazinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR