Saat:18:03
Haqqımızda

Bu rayona güclü dolu düşdü - VİDEO

2023-06-01 19:10:00

Bu rayona güclü dolu düşdü - VİDEO

Bu gün axşam saatlarında Oğuz rayonunun Baş Daşağıl kəndinə dolu düşüb..

Hurriyyet.Az xəbər verir ki, diametri qoz iriliyində olan dolu yağışı bir neçə dəqiqə davam edib.

Dolu meyvə ağaclarına və həyətyanı sahələrə ziyan vurub.

Hazırda Oğuz rayonunda qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 1-də saat 17:00-dan 17:35-dək Oğuz rayonu Başdaşağıl kəndinə leysan yağışı ilə birlikdə güclü dolu yağıb. Dolunun diametri 25-30 mm olub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR