“Bu radikal dəstə üzvlərinə ən ağır cəza verilməsini istəyirik” – MÖVLUD İŞIK

2022-08-05 20:10:00

“Bu radikal dəstə üzvlərinə ən ağır cəza verilməsini istəyirik” – MÖVLUD İŞIK

"Azərbaycan bayrağının yerə atılması ən böyük şərəfsizlikdir”

“Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu zamanı Azərbaycan bayrağının çıxarılıb yerə atılması ən böyük şərəfsizlikdir”.

Hurriyyet.az xəbər verir ki, bunu Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) sədr müavini Mövlud İşık bildirib.

M.İşık daha sonra əlavə edib: “Üçrəngli dövlət bayrağımıza qarşı edilən bu vəhşiliyi və hücumu Dünya Ahıska Türkləri Birliyi (DATÜB) və Azərbaycanda Yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyi olaraq qınayır, şərəfsiz, dinsiz, azğın, qudurmuş bu radikal dəstə üzvlərinə isə ən ağır cəza verilməsini istəyirik.

Bayrağımız bizim mənliyimiz, şərəfimizdir!”.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064489