Saat:08:16
Haqqımızda

"Bu qeyri-müəyyənlik məni çox narahat edir" - İLQAR MƏMMƏDOV

2024-02-28 13:32:11

"Partiyalar hansı qaydada yarışacağını öncədən bilməlidir ki, şərait bərabər kimi qiymətləndirilsin"

"Qaydaların dəyişdirilməsi seçkiyə ən geci 1 il əvvəl edilməlidir ki, Venesiya Komissiyasının məlum standartı pozulmasın. Partiyalar hansı qaydada yarışacağını öncədən bilməlidir ki, şərait bərabər kimi qiymətləndirilsin. Hazırda isə parlament seçkilərinə 7 ay qalmış hər həftə kimsə referendum olacağı, qaydaların dəyişəcəyi, proporsional sistemə keçid ediləcəyi haqda rəylər paylaşır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov qeyd edib.

İlqar Məmmədov bildirib ki, partiya rəhbəri olaraq onu bu qeyri-müəyyənlik çox narahat edir: "Çünki planlama işini lazımınca qurmaqda çətinlik çəkirik. Ən düzgünü o olardı ki, hakimiyyətin səlahiyyətli təmsilçisi çıxıb planladıqları dəyişikliyi rəsmən elan etsin. Ya da olmayacağını kəsinliklə bildirsin. İşimizi bilərdik. Hazırda isə söz-söhbət yaymaqla, hakimiyyət, onun bəzi təmsilçiləri və özünün mətbuatı konkret olaraq mühüm beynəlxalq seçki standartından birini pozur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.187404