Saat:20:01
Haqqımızda

Bu qəsəbə hələ də istiliyə həsrətdir - Şikayət

2025-12-02 14:35:59

Bu qəsəbə hələ də istiliyə həsrətdir - Şikayət

Ölkəmizdə 15 noyabr tarixindən etibarən istilik mövsümünə start verilməsinə baxmayaraq, hələ də bir çox əraziyə istlik verilməyib. Bu ərazilərdən biri də Müşfiqabad qəsəbəsidir.

Qəsəbə sakinlərinin Axar.az-a ünvanladıqları şikayətə əsasən, istilik mövsümünün açıq elan edilməsindən sonra bir gün belə bu əraziyə istilik verilməyib.

Sakinlər sözügedən məsələ ilə bağlı dəfələrlə “Azəristiliktəchizat”a şikayət etsələr də, heç bir nəticə əldə olunmayıb.

Mövzu ilə bağlı “Azəristiliktəchizat”a sorğu göndərilib.