Saat:01:13
Haqqımızda

Bu planla müharibəni bitirmək olmaz - Makron

2025-11-23 00:04:25

Bu planla müharibəni bitirmək olmaz - Makron

Avropa Birliyinə üzv ölkələrlə razılaşma olmadan ABŞ-ın təklifi əsasında Rusiya-Ukrayna müharibəsini bitirmək mümkün deyil.

Hurriyyet.Az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə bildirib.

"Bu sülh planı hələ avropalılarla razılaşdırılmayıb. Plan avropalıları narahat edən bir çox müddəaları ehtiva edir. Dondurulmuş aktivlər və Ukraynanın Avropaya inteqrasiyası Avropanın əlindədir. Həmçinin NATO-nun gördüyü işlər təşkilat üzvlərinin ixtiyarındadır", - deyə Makron qeyd edib.

Həmçinin o, etiraf edib ki, ABŞ-ın Ukraynaya təqdim etdiyi 28 bəndlik sülh planı yaxşdır və mühim məsələlərə toxunulub:

“Lakin biz yenidən ümumi dil tapmalıyıq. Çünki ABŞ-ın da bu münaqişənin həlli üçün avropalılara ehtiyacı var. Bu, müzakirəyə çıxarılan 28 bəndlik təklifdən də tam aydın görünür”.\\Axar.Az