Saat:10:47
Haqqımızda

“Bu, Paşinyan hakimiyyətinə qarşı keçirilən terror aktıdır”

2022-08-15 14:20:00

“Bu, Paşinyan hakimiyyətinə qarşı keçirilən terror aktıdır”

Ötən İrəvanın ən böyük topdansatış bazarı olan “Surmalu” bazarında genişmiqyaslı partlayış baş verib. Ermənistan FHN tərəfindən verilən məlumata görə isə partlayışın baş verməsinə səbəb bazarda olan priotexniki vasitələrin alışmasıdır. Bu günə olan məlumata görə 6 nəfər ölüb, 61 nəfər yaralanıb. 

Maraqlısı burasındadır ki, bu hadisədən sonra İrəvanın bir sıra yerlərində, əsasən də İrəvan metropolitenində bomba həyəcanı verildi. Sosial şəbəkələrin erməni seqmentində “Surmalu” partlayışını terror aktı kimi qiymətləndirənlər də oldu.

Yenisabah.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı da eyni rəyi bölüşərək deyib ki, burada terror aktı variantı istisna olunmur:

“Nəzərə alsaq ki, partlayışdan qabaq İrəvan metropolitenində bomba ilə bağlı həyəcan siqnalı verilib və belə məlumat daxil olmuşdu. Daha sonra isə araşdırmalar nəticəsində bilinib ki, bu, doğru deyil. Bu, məncə, Paşinyan və onun rejiminə qarşı həyata keçirilən terror aktlarıdır və niyyət də Nikol Paşinyanı bu yolla hakimiyyətdən uzaqlaşdırmaqdır. Bu, istisna olunmur”.

AVP sədri əlavə edib ki, buradakı məqsəd Baş nazir Nikol Paşinyanı hakimiyyətdən devirmək, əvəzində revanşist qüvvələri hakimiyyətə gətirmək və bu gün Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesini pozmaqdır:

“Ola bilsin ki, bunun arxasında ən müxtəlif beynəlxalq səviyyəli ermənipərəst qüvvələr və terror təşkilatları dayanır.

Bir şeyi də yaddan çıxarmaq lazım deyil ki, ermənilər dünyanın ən geniş terror şəbəkəsinə malik olan millətlərindən biridirlər. Onlar ən müxtəlif yerlərdə bu və buna bənzər terror aktları həyata keçiriblər. Onlar SSRİ dövründə Moskvanın özündə, 1988-1992-ci illərdə Azərbaycanın ən müxtəlif yerlərində, hətta Bakı metropolitenində terror aktı keçiriblər. Yəni bu, onların mübarizəsinin tərkib hissəsidir və bir daha qeyd edirəm ki, İrəvanda baş verən hadisənin terror aktı olması istisna deyil”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR