Saat:09:02
Haqqımızda

Bu partiya fəaliyyətini dayandırdı

2023-03-24 09:44:00

Bu partiya fəaliyyətini dayandırdı

Azərbaycanda Sosial Rifah Partiyası (ASRP) fəaliyyətini dayandırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə partiyanın bəyanatında bildirilib.

Qeyd edilib ki, qərarın verilməsində strateji məsələlər nəzərə alınıb: "Beynəlxalq münasibətlər sistemində ölkəmizin artan nüfuzunu, daxili siyasətdə əhalinin sosial rifahını strateji prioritet kimi bəyan edilməsi, habelə tarixi torpaqlarımızın işğaldan azad olunması kimi strateji məsələləri nəzərə alaraq ASRP bütün üzvlərinin iradəsini əks etdirərək partiyanın buraxılmasını bəyan edir".

Xatırladaq ki, ASRP 1995-ci ildə siyasətçi Xanhüseyn Kazımlı tərəfindən qurulub. O, 25 il deputat olub. 2020-ci ildən etibarən partiyanın sədri X.Kazımlının qızı Əsli Kazımova idi. 

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR