Saat:01:27
Haqqımızda

Bu ölkənin məşhur klubu hücumçusunu satmaq üçün “Qarabağ”dan 5 milyon avro istədi

2025-11-22 21:07:19

Bu ölkənin məşhur klubu hücumçusunu satmaq üçün “Qarabağ”dan 5 milyon avro istədi

Hazırda “Flamenqo”da çıxış edən Juninyo Olavio Avropa Liqasında “Bayer Leverkuzen”ə vurduğu qol epizodunu sosial şəbəkə hekayəsində paylaşıb.

"Hurriyyet.az" xəbər verir ki, Braziliyalının bu paylaşımı “Qarabağ” azarkeşləri arasında onun mümkün qayıdışı ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Ağdam klubu yay transfer dövründə onu heyətinə qatmaq istəsə də, “Flamenqo”nun baş məşqçisi Felip Luis buna mane olmuşdu.

Braziliya mətbuatı da bir müddət əvvəl 28 yaşlı forvardın qış “transfer pəncərəsi”ndə komandasını dəyişə biləcəyini yazmışdı. Səbəb kimi isə onun “Flamenqo”nun əsas heyətində yer ala bilməməsi, hətta komandanın 23 nəfərlik iştirak ərizəsinə belə daxil edilməməsi göstərilmişdi.

Cənubi amerikalı 2023-cü ilin yayından 2025-ci ilin yanvarına qədər “Qarabağ”da çıxış edib və daha sonra 5 milyon avro (9 880 000 AZN) müqabilində “Flamenqo”ya transfer olunub.

Nəzəri cəhətdən Juninyonun qış fasiləsində “Qarabağ”a qayıtmaq ehtimalı real variantlardan biri kimi göstərilir. Di gəl…

Ağdam klubundan əldə etdiyimiz məlumata görə, “sambaçı“nın dönüşü gündəmdə yoxdur. Bunun səbəbi “Flamenqo”dan qaynaqlanır.

A Seriyasının iddialı məsubu adıçəkilən forvardı aldığı qiymətə, yəni 5 milyon avroya satmaq fikrindədir.

Juninyonun özü transfer qiymətinin aşağı salınması, beləcə, buradan ayrılmasına şərait yaradılması üçün “Flamenqo” rəhbərliyinə dəfələrlə müraciət edib, amma tərəflər arasında razılıq əldə olunmayıb.  (sportinfo.az)