Bu ölkədə uşaqlara sosial şəbəkə qadağan edildi
2024-11-28 21:39:02
Avstraliya parlamenti noyabrın 28-də 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.
Bu, dünyada ilk belə qanundur.
Qanun layihəsi sosial şəbəkələrdən istifadə edən uşaqların istifadəsini məhdudlaşdırmır, yeni qeydiyyatdan keçənlərin qadağan edir. Messencerlər, onlayn oyunlar, təhsil platformaları və digər oxşar resurslar qanunla əhatə olunmur.
Yeni normaya əməl olunmasına görə məsuliyyət sosial şəbəkə operatorlarının üzərinə düşür. 16 yaşından kiçik bir uşağın sosial şəbəkədə qeydiyyatdan keçməsinə icazə verdiyinə görə onları 50 milyon Avstraliya dollarına (32 milyon dollar) qədər cərimə gözləyir. Qanun bir ildən sonra, 2025-ci ilin sonunda tam qüvvəyə minəcək. \\Modern.az