Saat:03:47
Haqqımızda

Bu ölkədə şirkətlər dörgünlük iş rejiminə keçir

2024-02-01 16:04:49

Bu ölkədə şirkətlər dörgünlük iş rejiminə keçir

Hurriyyet.az xəbər verir ki, Almaniyada dördgünlük iş həftəsi ilə bağlı eksperiment başlanıb. Eksperimentdə 45 şirkət iştirak edəcək. Şirkət əməkdaşları maaşları tam saxlanılmaqla müvəqqəti olaraq həftədə dörd gün işləyəcək, üç gün istirahət edəcəklər. Həmkarlar ittifaqları belə halda işçilərin daha məhsuldar və xoşbəxt olacaqlarına inanırlar.
Bundan əvvəl ABŞ və Kanadada dördgünlük iş həftəsi ilə bağlı eksperimentlər müsbət nəticələr verib - insanların psixi və fiziki sağlamlıq vəziyyətləri yaxşılaşıb, yorğunluq səviyyəsi aşağı düşüb. Eksperimentdən sonra heç bir şirkət beşgünlük iş həftəsi rejiminə qayıtmaq istəməyib.
Almaniya Federativ Respublikasının maliyyə naziri Kristian Lindner isə hesab edir ki, iş həftəsinin qısaldılması ölkənin iqtisadi inkişafını və çiçəklənməsinin təhdid altında qoyur.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.176961