Bu ölkədə qaraçılara pulsuz ev verilir
2025-03-28 21:30:35

Rusiyada məskunlaşma sayını artırmaq məqsədi ilə bir bölgədə qaraçılara pulsuz evlərin verilməsinə qərar verilib.
Bu haqda qərarı Rusiyanın Samara bölgəsininin yerli hakimiyyət orqanı verib.
Belə ki, Samara vilayətinin rayonlarından birində yerli hakimiyyət orqanları qaraçı diasporunun iki nümayəndəsinə mənzil sertifikatı təqdim edib.
Qeyd edək ki, sözügedən ərazidə ümumilikdə 725 çoxuşaqlı ailə yaşayır.
Yerli sakinlər isə hakimiyyətin bu qərarına etiraz edərək mitinq təşkil edib. Onlar kəndlərdə qaraçıların sayının artmasından narazı olduqlarını bildiriblər.
Yerli sakinlər hesab edir ki, qaraçıların sayının artması təhlükəsizliyə təhdiddir.
Ancaq hakimiyyət yerli sakinlərin bu fikirlərinin əsassız olduğunu bildirib. \\Cebheinfo.az
