Bu ölkədə Müdafiə naziri atalıq məzuniyyətinə çıxdı

2023-01-06 21:34:00

Bu ölkədə Müdafiə naziri atalıq məzuniyyətinə çıxdı

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Finlandiyanın Müdafiə naziri Antti Kaykkonen 7 həftəlik valideynlik məzuniyyətinə çıxıb. O, işinə 1 mart tarixindən davam edəcək. Kaykkonen Skandinaviya ölkələrindənvalideynlik məzuniyyətindən faydalanan ilk kişi nazir olub. Onun vəzifəsini hələlik millət vəkili Mikko Savola icra edəcək.

Həyat yoldaşı işə getdiyi üçün məzuniyyət götürən Kaykkonen martın 1-nə qədər biri 2 yaşında, digəri isə 6 aylıq olan oğullarına baxacaq.

Kaykkonenin Ukraynadakı müharibə dövründə məzuniyyətə çıxması diqqəti cəlb edib. Bununla bağlı özü belə açıqlama verib: “Bir nazir əvəzedilməz deyil. Lakin uşaqlarımız üçün valideynləri əvəzedilməzdir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.177680