Saat:07:05
Haqqımızda

Bu ölkədə Məktəbdə atışma – onlarla ölən və yaralanan var / VİDEO

2025-02-04 23:13:44

Bu ölkədə Məktəbdə atışma – onlarla ölən və yaralanan var / VİDEO

İsveçin Örebro şəhərində, Västhaga rayonunda yerləşən məktəbdə baş verən atışma nəticəsində onlarla insan ölüb, bir neçə nəfər isə yaralanıb.

Polis günorta saatlarında məktəbdə silahlı hücumla bağlı məlumat alıb. İlk açıqlamalara görə, beş nəfər güllə yarası alıb. Polis əhalini təhlükəsizliyə riayət etməyə və hadisə yerindən uzaq durmağa çağırıb.

Sonradan polis atışma nəticəsində ölənlərin sayının artdığını və hazırda onlarla insanın həyatını itirdiyini təsdiqləyib. Yaralıların dəqiq sayı hələ dəqiqləşdirilməyib. Hadisə ilə əlaqədar polis cinayət işini "qəsdən adam öldürməyə cəhd", "qəsdən adam öldürmə", "silah saxlama qaydalarının pozulması" və "qəsdən yanğın törətmə" maddələri ilə araşdırır.

Polisin son açıqlamasına görə, şübhəli şəxsin təkbaşına hərəkət etdiyi ehtimal olunur və onun ölənlər arasında olduğu bildirilir. Bununla belə, digər mümkün şübhəlilərin varlığı istisna edilmir. Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

 

32gun.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.213592