Bu ölkədə güclü zəlzələ oldu
2023-11-20 22:46:20
İran İslam Respublikasının cənubunda 4,7 bal gücündə zəlzələ baş verib.
Hurriyyet.Az report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytı məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər-Abbas şəhərindən 62 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.