Bu ölkə Ukraynaya F-16 qırıcıları göndərə bilər

2023-05-23 12:38:00

Bu ölkə Ukraynaya F-16 qırıcıları göndərə bilər

Hurriyyet.az xəbər verir ki, Avropada dərc edilən “Politiko” qəzeti Ukraynanın Müdafiə nazirinin müşaviri Yuri Sakaya istinadla Niderlandın Kiyevə F-16 təyyarələri verən ilk ölkə ola biləcəyini yazıb: “Yuri Saka Niderlandın Ukraynaya qırıcılar hədiyyə edən ilk ölkə ola biləcəyini deyib”.

Niderlandın Müdafiə Nazirliyinin qəzetə verdiyi məlumata görə, hazırda ölkədə 24 F-16 qırıcısı var və onlar 2024-cü ilin ortalarına qədər istifadə olunacaq. “Bundan sonra onlar istənilən digər təyinat, məsələn satış üçün istifadə olunacaqlar. Həmçinin, ölkədə daha 18 qırıcı da vardır ki, onlardan hərbi məqsədlərlə istifadə edilmir və onlar da başqa təyinatlarla istifadə edilə bilər. Əvvəlcə həmin 18 qırıcıdan 12-ni özəl şirkətə satmaq planlaşdırılırdı, lakin sonra bu, təxirə salınıb”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.183782