“Bu nə sözdür Roza Cəlilova özündən çıxarıb? Bəsdirin!” - Qalmaqal böyüyür

2022-08-03 12:25:00

“Bu nə sözdür Roza Cəlilova özündən çıxarıb? Bəsdirin!” - Qalmaqal böyüyür

“Üzeyir Hacıbəylinin “Arşın mal alan” filmindən tutmuş, bu günə qədər kənd, şəhər toylarında da gəlinlər rəqs edib. Camaat da yığışıb onlarla bir yerdə oynayıb. Bu nə sözdür Roza Cəlilova özündən çıxarıb? Gözəl oynayandır. Hörmət etdiyim bir şəxsdir. Özü oynayan deyil ki?!”.

Bu sözləri “Yeni Sabah a Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova balet ustası Roza Cəlilovanın gəlinlərin toylarında müasir mahnılara rəqs etməsini mütrüblük adlandırmasına münasibət bildirərkən deyib:

“Niyə ancaq ağır mahnılara oynamalıdırlar ki? Toy gəlinin şən günüdür. Niyə həmişə bədbəxtlik imicində qalmalıyıq? Təzə ailə qurur, yeni ocağa daxil olur. Niyə şən vaxtında oynamamalıdır, ağır klassik musiqələrə oynamalıdır? Bəsdirin!  Bugünkü qızlarla 20-30 il əvvəlki qızlar eyni deyil. İndi internet əsridir. Seda Sayan 6 dəfə ərə gedib, hə dəfə də öz toyunda oynayır. Bizim qızlara niyə bədbinlik gətirirsiniz?! Nə cür istəyirlər oynasınlar. Oynmaq ərə egdən qızın haqqıdır. Kim istəyər, oynayar kim istəməz oynamaz. Heç kəs ona bir söz deyə bilməz. Bu qadın haqlarıdır. 

Roza Cəlilova boşanmaların artmasına, evdə kişinin qadına şiddət göstərməsinə etiraz etsin".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000168