Saat:03:42
Haqqımızda

Bu münaqişə ən qanlı savaşa çevrildi - Lavrov

2024-09-28 11:00:18

Bu münaqişə ən qanlı savaşa çevrildi - Lavrov

Fələstin ərazisində və Livan-İsrail sərhədində görünməmiş səviyyədə qarşıdurma yaşanır.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

O, Fələstin-İsrail arasındakı konfliktin digər regionlara da sıçradığını və vəziyyəti qeyri-sabit hala gətirdiyini bildirib:

"Bu münaqişə bölgənin digər bölgələrində, o cümlədən Qırmızı dəniz və Ədən körfəzinə də yayılır. Təkcə qeyd etdiyim regionlarda deyil, Aralıq dənizi, Fars körfəzi və bütün Şimali Afrikada vəziyyəti qeyri-sabit hala gətirib. Bu konfliktin episentri isə Qəzza zolağıdır. Burada keçən ilin oktyabr ayında başlayan hərbi əməliyyatların sonuncu raundu artıq uzun sürən Fələstin-İsrail müharibələri seriyasında ən qanlı döyüşə çevrilib. Ölənlərin sayı 41 mini keçib. Yaralıların və itkinlərin sayı 100 minə yaxınlaşır. Qurbanların əksəriyyəti anklavdan olan mülki şəxslərdir. Döyüşlər və İsrailin anklavı mühasirəyə alması fonunda vəziyyət pisləşir. 7 oktyabr terror aktı üçün heç bir bəhanə yoxdur, lakin bütün fələstinlilərin kollektiv cəzaya məruz qalması qəbuledilməzdir”, - Lavrov bildirib./Axar.az/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.264303