Saat:13:30
Haqqımızda

Bu, müharibə elanıdır, nəticəsi fəlakətli olacaq - Zaxarova

2024-11-21 17:10:01

Bu, müharibə elanıdır, nəticəsi fəlakətli olacaq - Zaxarova

NATO qüvvələrinin Ukraynada görünməsi bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq və alyansın Rusiyaya qarşı müharibəyə girməsi demək olacaq.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Başa düşmürəm, bəlkə də onlar anlamırlar ki, NATO kontingentinin Ukrayna ərazisində görünməsi alyansın ölkəmizə qarşı müharibəyə girməsi demək olacaq. Biz bu barədə onlara bir neçə dəfə bildirmişik, çünki bu, təkcə Avropa yox, bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”, - Rusiya rəsmisi vurğulayıb.

Zaxarova bəzi NATO ölkələrinin eskalasiyanı dəstəklədiklərini bildirib:

“Estoniya və faktiki olaraq digər Baltikyanı rejimlər Şimali Atlantika blokunun radikal qanadına aiddir və həmişə ölkəmizlə bağlı aqressiv, təxribat xarakterli, döyüşkən bəyanatlar və açıq millətçilik çalarları ilə seçilirlər”.

Həmçinin Rusiya rəsmisi qeyd edib ki, Kiyevi Rusiya ilə danışıqlardan saxlayan NATO-ya üzv dövlətlərdir.

Teleqraf.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.234117