“Bu, metropoliten işçilərinin əməyinin istismar olunmasıdır” - Bakı Apellyasiya Məhkəməsindən ŞİKAYƏT

2022-06-16 17:10:00

“Bu, metropoliten işçilərinin əməyinin istismar olunmasıdır” - Bakı Apellyasiya Məhkəməsindən ŞİKAYƏT

“Hörmətli Məhkəmə Kollegiyası! Siz yəqin ki, heç olmasa həyatınızda bir dəfə metropolitenə düşərək, elektrik qatarından istifadə etmisiniz. Güman edirəm ki, metropolitenin tunelində qaldığınız bir saat ərzində sıxıntı keçirdiyinizin fərqinə varmsınız. Yəqin ki, məhkəmə kollegiyasının üzvü olaraq, 8 saat dəmir- beton tuneldə 1000 volt gərginliyin altında işləyən maşınistin, çöldə elktrikli naqillə işləyən qatarın maşınistinin işindən necə zərərli və ağır olduğunu fərqləndirə bilərsiniz. Elektrik qatarlarında çalışan maşinistlərin işi o qədər zərərli və ağırdır ki, çox vaxt onlar pensiya yaşına belə çata bilmirlər”.

Bunu iddiaçı Əliyev Tofiq Məhəmməd oğlunun vəkili Əliyev Akif Zakir oğlu Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialın Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarına verdiyi apellyasiya şikayətinə etiraz məktubunda bildirib.

Şikayətçi Apellyasiya Məhkəməsinə ünvanladığı etiraz məktubunun bir nüsxəsini də redaksiyamıza təqdim edib. Həmin etiraz məktubunu kiçik ixtisarla təqdim edirik: “”Bakı Metropoliteni” QSC-də maşinist vəzifəsində çalışan Əliyev Tofiq Məhəmməd oğlu məhkəməyə müraciət edərək, ona 21.03.2019-cu il tarixdən (57 yaşı tamam olduğu gündən) əmək pensiyasının təyin edilməsi və bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi işinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialı üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edib. Bakı İnzibati Məhkəməsinin qərarına əsasən, iddiaçının iddiası təmin olunub, ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və bu öhdəliyin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar verilib.

Lakin cavabdeh qurum Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib.

Cavabdeh qurum pensiyanın təmin edilməsinə etirazda “Bakı Metropoliteni” QSC-də elektrik qatarlarında çalışan maşınistlərin iş şəraitinin xüsusi zərərli və ağır olmasını qəbul etsə də, onların adlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda ayrıca qeyd olunmaması səbəbindən həmin şərtlərin maşınistlərə şamil edilməməsi ilə əsaslandırmağa çalışıb.

Bu qəbulolunmaz və məntiqdən uzaq bir mülahizədir. Elektrik qatarlarında çalışan maşınistlərin işi xüsusilə zərərli və ağır hesab olunrusa həmin işlər mütləq qeyd olunan siyahı ilə əhatə olunmalıdır. Vətəndaşların pensiya təminatı haqqında 23 sentyabr 1992-ci il tarixli qərarına əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna yeraltı şəraitdə ağır işlərdə çalışan maşinistlərdə aid edilir.

Nazirlər Kabinetinin qərarına görə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir.

Vətəndaşların pensiya təminatı haqqında qanun 13-cü maddəsinin “b” bəndinə əsasən 01.01.2006-cı il tarixədək əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçi kimi Əliyev Tofiq Məhəmməd oğlunun ümumi əmək stajı peşə məktəbində aldığı təhsil (3-cü maddənin “e”bəndi) və hərbi xidmət illəri də daxil olmaqla (3-cü maddənin “d” bəndi) 29 il 8 ay təşkil etməklə, zərərli və ağır iş şəraitində işlədiyi müddət 22 il 8 ay 18 gün olmuşdur.

Bununla əlaqədar qeyd edilməlidir ki, yaşa görə pensiya təminatında əməyin xüsusi şəraiti ilə əlaqədar müəyyən olunan güzəştlərdən istifadə edənlərin dairəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda açıqlanmışdır. Belə güzəştlərdən daha geniş formada yeraltı işlərdə əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilər istifadə edirlər. Metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Hətta, yeraltı dəmiryol nəqliyyatının əmək şəraitinin yerüstü dəmiryol nəqliyyatından daha ağır olduğu, eləcə də hazırki iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş işin xarakterini izah edən arayış da nəzərə alındıqda, iddiaçının “Bakı Metropliteni”ndə elektrik qatarında maşinist vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu, bununla da iddiaçının tələb olunan 12 il 6 ay xüsusi iş stajını topladığı təsdiq olunur.

Eyni zamanda “Bakı Metropoliteni” QSC metropolitendə maşınist və maşinist köməkçiləri işində çalışanların işini xüsusilə ağır və zərərli hesab edərək, onlara əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verir. Xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına tarif maaşının 16 faiz məbləğində, eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edir.

Bu o deməkdir ki, cavabdehin bildirdiyi kimi “Siyahıda elektrik qatarların maşınistləri və ya maşınist köməkçiləri Nəqliyyat” bölməsinin “Metropolitençilər” yarımbölməsində olmasa da, yuxarıda

qeyd etdiyim kimi həmin işin həmin bölmənin ”Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər”yarımbölməsində göstərilən vəzifələrlə eynilik təşkil edir.

Tofiq Əliyevi “Azərbaycan Dəmir Yolları QSC-də eyni işi görən elektrik qatarı maşınistlərindən fərqləndirərək, iddiaçnın 57 yaşdan güzəştli şərtlə penisyaya çıxmaq hüququnun olmamasını iddi etmək Azərbaycan Respublikası Konstitusiyasının 25-ci (Bərabərlik hüququ) və Azərbaycanın tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında “ Konvensiyanın 14-cü maddəsinə (Ayrı seçkiliyin qadağan olunması) ziddir.

Beləliklə metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Qeyd edilən hallar işəgötürən (“Bakı Metropoliteni” QSC) tərəfindən verilmiş müvafiq arayışlarla da təsdiq olunmuşdur. Görünən odur ki cavabdeh qurum qanunvericiliyin tələbinə zidd olaraq, “Bakı Metropoliteni” QSC-də elektrik qatarlarının maşınisti işləyən şəxslərə vaxtında güzəştli şərtlərlə pensiyaya çıxmağa mane olaraq, həmin maşınistlərin əməyini ümumi şərtlərlə 65 yaşına kimi istismar edib. Maşınistlərin sosial (pensiya) hüququnu pozmaqla yanaşı, metropolitendən istifadə edən vətəndaşların həyat və sağlamlığın təhlükə altında qoyur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialın Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətinin təmin olunmaması, qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul eilməsini tələb edirəm”.

AzPolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya