Saat:08:42
Haqqımızda

Bu məktəblərə yalnız kişi müəllimlər işə götürülsün - Təhsil ekspertindən TƏKLİFLƏR

2022-01-28 19:41:00

Bu məktəblərə yalnız kişi müəllimlər işə götürülsün - Təhsil ekspertindən TƏKLİFLƏR

"Bir neçə gündür məktəblərdə şagirdlərin iştirakı ilə müxtəlif videolar sosial şəbəkələrdə paylaşılır. Bəziləri bunun təhsil nazirliyinə qarşı qara piar olduğunu düşünür. Əlbəttə ki, hər kəsin öz fikri var və ona hörmətlə yanaşmaq lazımdır. Amma əminliklə deyə bilərəm ki, bu paylaşımlar məqsədli deyil və burada hansısa qara piardan söhbət belə gedə bilməz".

Hurriyyet.az xəbər verir ki, bu fikirlər təhsil eksperti Kamran Əsədliyə məxsusdur.

O, bildirib ki, orta məktəblərlə bağlı bir neçə gündür baş verənlər sadəcə baş vermiş hadisələrdir.

"Qara piar öncədən proqnozlaşdırmalıdır və müvafiq ssenari üzrə həyata keçirilir. Əslində bu videolar tədrisin təşkilindəki problemləri göstərir və əslində islahatların hansı istiqamətdə aparılmalı olduğunu göstərir. Bu videolar həm də valideynlərə göstərilir ki, baxın, övladınız məktəbdə nə edir. Mən onların evdə belə davranış nümayiş etdirirdiyini bilmirəm, amma məktəbdə nümayiş etdirilən doğru deyil. Misal üçün, videonun birində şagird məktəbin 2-ci mərtəbəsinin pəncərəsindən həyati təhlükəli yolla düşür. İndi bu şagird ani ehtiyatsızlıqdan zərərçəkmiş olsa idi, bədbəxt hadisə baş versə idi, hamı məktəbin günahkar olacağını deyəcəkdi. Bəli, məktəb günahkardır. Nəzarəti həyata keçirməkdə çətinlik çəkir. Bəs şagird?"

Ekspert bu nöqsanların olmaması üçün öz tövsiyələrini də verib:

1. Bütün məktəblər valideynlərin izləmək imkanına malik olan kameralar ilə təchiz olunmalıdır.

2. Təhsil qanunvericiliyinə şagirdlərin intizam tənbehinə cəlb olunması əlavə edilməlidir.

3. Məktəblər mütəmadi olaraq monitorinq olunmalıdır. Amma daha formal xarakter daşıyan QHT və şəxslər ilə yox.

4. Həqiqətən də müəllimlərin nüfuzunu qaldırmaq üçün, onlara səlahiyyətlər verməliyik.

5. Bu il də daxil olmaqla, orta məktəblərə işə qəbulda kişi müəllim az olan məktəblərə yalnız kişi müəllimlərin işə qəbulunu həyata keçirməliyik.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR