Saat:06:57
Haqqımızda

Bu körpələr evi uşaqların yeməyini oğurlayır - FOTO

2022-05-26 12:34:00

Bu körpələr evi uşaqların yeməyini oğurlayır - FOTO

Şabran şəhər 1 saylı körpələr evində uşaqlara verilən günorta və axşam yeməyinin görüntüləri müzakirələrə səbəb olub.

 

Hurriyyet.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bununla bağlı fotolar paylaşaraq, bağçanı tənqid edib.

“Bu hansısa əsir düşərgəsində uşaqlara verilən qida deyil, bu Şabran şəhər 1 saylı körpələr evində uşaqlara verilən günorta və axşam yeməyidir.

Vicdanınız olsun, bəsdir dövlət büdcəsindən oğurladınız. Uşaqlar acından ağlayır.

Nə qədər uşaqların yeməyini oğurlamaq olar?

Bu yeməyi öz övladlarınıza rəva görərsiniz?” – deyə K.Əsədov qeyd edib.

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR