Saat:02:39
Haqqımızda

“Bu kimi əngəllər bizi mübarizəmizdən saxlaya bilməyəcək”

2022-05-25 13:03:00

“Bu kimi əngəllər bizi mübarizəmizdən saxlaya bilməyəcək”

Böyükağa Abdullayev korrupsioner, rüşvəxtor məmurlara çağırış etdi...

Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan Abdullayev Böyükağa Abdulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına daxil olan bir neçə məktub tərəfimizdən dərc olunub.

Bu məktubların hər birində qarşılaşdıqları haqsızlıqlardan şikayət edən B.Abdullayevin çoxsaylı müraciətlərinə rəğmən, səsi hələ də ölkə rəhbərliyinə çatmayıb. Çünki bir sıra qurumlar digər vətəndaşlar kimi, onun da haqlı tələblərini yerinə yetirməkdə maraqlıdır, eynilə bu tələblərin ölkə rəhbərliyinə çatmasına böyük əngəl törədirlər. Odur ki, əksər hallarda vətəndaşlarımız haqlı olduqları halda, haqsız duruma düşürlər. Artıq bir ildən çoxdur ki, öz haqqı uğrunda mübarizə aparan Böyükağa Abdullayev, nəhayət, həm də digər hüququ tapdanan vətəndaşların səsinin lazımi qurumlara çatdırılması uğrunda “savaşmaq” qərarına gəlib. Bütün bunlarla bağlı, o, redaksiyamıza müraciətində yazır:

“Hörmətli redaksiya!

Azərbaycan Respublikasında heç kəs həbsdən sğortalanmayıb.

Bu gün az-az azərbaycanlı ailələri, az-az nəsil-tayfa ola bilər ki, ya zəlzələdən, ya vəlvələdən onlar türmə həyatı yaşamamış  olsunlar. Belə ailələri, nəsil-tayfaları barmaqla göstərmək olar.

Dəhşətlisi odur ki, dinindən, əqidəsindən, məsləkindən, movqeyindən asılı olmayaraq azadlıqları əlindən alınan insanlar Cəzaçəkmə Müəssisələrində məmurın qanunazidd hərəkətləri, haqsızlıqları ilə üzləşirlər. Hətta bu haqsızlıqlar çox vaxt ağır nəticələrə də gətirib çıxarır. Çünki, heç kimə sirr deyil ki, 6-7 ay bundan qabaq Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 17-saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şakir Qəniyev bu vəzifəyə təyin edildiyi 6 ay ərzində pula görə  4  məhkumu döyərək qətlə  yetirmişdir. Bu barədə  mətbuat orqanlarında, internet üstündən sosial şəbəkələrdə kifayət qədər məlumatlar paylaşılmışdır.

Hamımız üçün maraqlıdır, görəsən, aidiyyəti qurumlar bu rəisin barəsində hansı ölçünü götürdülər, nə tədbir gördülər, məsuliyyətə cəlb etdilərmi? Əsla yox! Sadəcə olaraq, yerini dəyişdilər, Şakir Qəniyevi 17-saylı Cəzaçəkmə Müəssisəsindən çıxarıb, 11-saylı Cəzaçəkmə Müəssisəsinə rəyis təyin etdilər.

Biləsiniz ki, bu gün həmin Şakir Qəniyev “17-saylı Cəzaçəkmə Müəssisəsində  4 məhkumu öldürdüm, qanını da batırdım, neylədilər?!” prinsipini rəhbər tutub, qanunsuz hərəkətlərini  11-saylı Cəzaçəkmə Müəssisəsində də davam etdirməkdədir”.  Bilirsiniz ki, bütün bunların kökündə korrupsiya, rüşvətxorluq, qohumbazlıq amili durur.

Ən dəhşətlisi isə odur ki, aidiyyəti dövlət qurumlarından fərqli olaraq  nə məhkumların özləri, nə də qohum-əqrabaları məhkumların pozulmuş hüquqlarını müdafiə edə bilmirlər. Bunun da obyektiv və subyektiv səbəbləri vardır. Bu barədə Şakir Qəniyevin şəxsində gələcəkdə kifayət qədər məlumatlar verəcəyik.

Bu gün isə Azərbaycan Respublikasının vətəndaşları olaraq  bizi düşündürən əsas bir məsələdir: görəsən, Şakir Qəniyev kimiləri Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikasının Prezidentinin korrupsiyaya, rüşvətxorluğa qarşı apardığı mübarizədən, verdiyi tapşırıq və tövsiyyələrdən, Baş prokuror Kamran Əliyevin korrupsiya ilə bağlı keçirdiyi kollegiya iclaslarından, aparacağı mübarizədən xəbərləri yoxdurmu? Yoxdursa, çox pis, vardırsa, nəyə görə onlara  verilən səlahiyyətlərdən bu qədər sui-istifadə edərək, korrupsiya, rüşvətxorluqla məşğul olurlar və biçarə məzlum məhkumlara qarşı qanunazidd hərəkətlər etməkdən qorxmurlar, çəkinmirlər, mütəmadi onların hüquqlarını pozürlar?!

Screenshot_20210824-004139_Chrome.jpg

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunun müşavirə keçirməsi, ictimayyəti bu işlərə fəal qoşulmağa, hər bir vətəndaşı neqativ hallara biganə qalmamağa səsləməsi bizləri düşündürməyə bilməzdi.

Bu səbəblərdən də “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimayi Birliyini təsis etmək qərarına gəldik və tez bir zaman kəsiyində İB-ni təsis etdik.

13.05.2022-ci il tarixdə İctimai Birliyin təsis sənədlərini, qeydiyyata alınması üçün, Ədliyyə Nazirliyinə təqdim etmişik. Qabaqcadan onu da bilirik ki, rüşvətxor, koarrupsioner  qüvvələr bir araya gələrək, birləşərək İctimai Birliyin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsinə var güclərilə əngəllə yaradacaqlar. Lakin bu kimi əngəllər bizi mübarizəmizdən saxlaya bilməyəcəkdir.

Butün bunlara baxmayaraq İctimai Birlik dayanmadan, Azərbaycan Respublikasının Prezidentinin, Baş Prokurorluğun  korrupsiyaya qarşı mübarizəyə, çağrışına qoşularaq, baş verən neqativ hallara biganə qalmadan fəaliyyətə başlamışdır.

Bəri başdan Cəzaçəkmə Müəssisələrinin rəislərini,  Cəzaçəkmə Müəssisələrində gündəlik törədilən korrupsiya hərəkətlərindən çəkinməyə, onları Prezidentin siyasi kursunu dəstəkləməyə, Baş prokuror Kamran Əliyevin çağrışına qoşulmağa çağırırıq”.

Hazırladı: KƏNAN

Qeyd: Məlumat üçün bildirək ki, Böyükağa Abdullayev “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin sədri seçilib.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR