Saat:12:22
Haqqımızda

Bu kanalın yenidən qurulmasına 75 milyon xərclənəcək

2025-12-12 11:17:36

Bu kanalın yenidən qurulmasına 75 milyon xərclənəcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Aşağı Muğan kanalının yenidən qurulmasının I mərhələsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.

Bildirilib ki, tenderin qalibi Euroline QSC-dir.

Qalib şirkətə 75,047 milyon manat ödəniləcək.