"Bu iş bayrağımız Xankəndidə ucalanda bitə bilər" - FUAD QƏHRƏMANLI

"Bitirmək lazım bu oyunu, göyə sovurulmalıdır "Arsax" adlı qan çanağı"
"Başlandı. Əgər yarıda dayanılacaqsa, bu böyük səhv olacaq. Sona qədər gedilməsə, yarımçıq saxlanılsa, bu başlamağın səhv olduğu demək olacaq". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı qeyd edib.
Siyasi şərhinin sözlərinə görə, axıra qədər, sona qədər, fürsət vermədən sonuncu separatçı təmizlənənə qədər getmək lazımdır: "Bu iş bayrağımız Xankəndidə ucalanda bitə bilər, əməliyyatı yalnız onda dayanmaq olar. 44 günlük savaşın yarımçıq dayandırılması, ordumuzun irəliləməsinin durdurulması səhvini yenidən təkrarlamaq olmaz. Bir məqsəd, bir hədəf olmalı, Xankəndi azad olmalıdır. Bitirmək lazım bu oyunu, göyə sovurulmalıdır "Arsax" adlı qan çanağı. Əzib keçmək lazım separatçıları qoruyan "sülhməramlı" işğalçıları da. Dayanmaq, yarıda saxlamaq Vətən üçün savaş deyil, oyun oynamaq, ölkəni fəlakətə götürmək demək olar. Sona qədər, axıra qədər, azad edənə qədər bayrağımız bütün Qarabağ səmasında dalğalanana qədər getmək, yenə də getmək. Allah ordumuzu qorusun. Ordumuzun, suverenliyimizin, bütövlüyümüzün yanındayıq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya