Saat:23:15
Haqqımızda

“BU İNSANLAR NƏ DÜŞÜNÜR, NƏYİN FƏRQİNDƏ OLDUQLARINI BİLİRLƏRMİ?” - Tanınmış Teatrşünas-tənqidçi Anar Burcəliyev

2021-10-19 23:59:00

“BU İNSANLAR NƏ DÜŞÜNÜR, NƏYİN FƏRQİNDƏ OLDUQLARINI BİLİRLƏRMİ?” - Tanınmış Teatrşünas-tənqidçi Anar Burcəliyev

“Bu insanlar nə düşünür, nəyin fərqində olduqlarını bilirlərmi”?

Hurriyyet.az xəbər verir ki, bu fikirləri tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyev Qax Dövlət Kukla Teatrının sabiq direktoru Nazim Mahmudovun vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə, mənimsəmə və israfetmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən tutduğu vəzifəsindən çıxarılması faktına münasibət  bildirərkən deyib.

Onun sözlərinə  görə, çox maraqlı fakdır ki, bu kimi vəzifə sahibləri heç biri öz qanunsuz əməllərindən çəkinmirlər: “Düşünürlər ki, tutdu, tutdu, “tutmadı babalı Sərvərin boynuna”. Yəqin ki, canlarını qurtaracaq qədər  imkanlarının  olacağını düşündüklərindən bu kimi əmməllərinə son demirlər. Əgər belə olmasaydı, yəqin ki, dərindən düşünüb, daşınmış olardılar. Maraqlı fakt buarsındadır ki, cəmi vur-tut 60 nəfərlik kollektivi olan bir müəssisədə bu kimi faktlar  bəlli olursa, demək ki, 140 və  ya 400  nəfərdən  artıq  kollektivi olan mədəniyyət ocaqlarında  bu  kimi  faktların üç qatı mövcuddur.

Teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin bildirib ki, istintaq müddətində  dövlətə  dəymiş  ziyan  tam şəkildə dövlət büdcəsinə ödənildiyindən, iş üzrə icraata cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən xitam verilməsi də düzgün deyildir: “Düşünürəm ki, ortaya məntiqdən yaranan bir sual da çıxır. Əgər ki, bu vəsaiti mənimsəmisənsə, demək ki, illərdir dədə malı kimi xərcləməklə məşğulsan. Bəs yenidən bu bəlli olan məbləği haradan əldə edib, dövlət büdcəsinə qaytarmış olursan? Maraqlı deyilmi? Yoxsa illərdir mənimsədiklərini seyflərdə qoruyub saxlayırsan? Düşünürəm ki, bu məqamı da daha dərindən fikirləşməklə qanunun aliliyi qarşısında cavab verməlidirlər. Bu tip şəxslərin bağışlanması, belə deyərdim ki, özü cinayətdir. Korrupsioner cəzasız qaldıqda qanunun aliliyi kölkədə qalmış olur”.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR