Saat:03:28
Haqqımızda

BU İL PENSİYA KAPİTALI NƏ QƏDƏR ARTIRILACAQ? - Deputat açıqladı

2024-01-29 12:17:45

BU İL PENSİYA KAPİTALI NƏ QƏDƏR ARTIRILACAQ? - Deputat açıqladı

“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2024-cü ildə indeksləşdirilərək artırılmalıdır. Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, pensiya kapitalları 2023-cü ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq.

İqtisadçını xatırladır ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak qiymətləri indeksi 2023-ci ildə 8,8 faiz olub. "Bu o deməkdir, mövcud qanuna əsasən, vətəndaşların pensiya kapitalı 8.8 faiz artırılacaq. Yəni, əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa onun vəsaiti bu il 4 min 400 manat artırılacaq. Bu həmin şəxsin pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımdan vacibdir".

V.Bayramov xatırladır ki, pensiya kapitalı əmək pensiyaları ilə birlikdə indeksləşdirilir. Onun sözlərinə görə, əmək pensiyalarının 11 faizə yaxın indeksasiya olunacağı gözlənilir.

"Hər iki göstərici ilə bağlı sərəncamın cənab Prezident tərəfindən gələn ay imzalanacağı gözlənilir", - deputat vurğulayıb.

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.164289