Saat:03:31
Haqqımızda

"Bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın pensiyası 2025-ci ildə indeksləşdiriləcək" - VÜQAR BAYRAMOV

2024-01-30 12:24:26

"Bu il ərzindəki orta aylıq əmək haqqındakı artım faizi nəzərə alınmaqla artımlar həyata keçiriləcək"

"Bir neçə gündən sonra pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək. Pensiyaların indeksləşdirilərək artırılması yanvar ayından hesablanacaq və bu ayın artımı gələn ayın artımı ilə birlikdə ödəniləcək. Bəs, bu ilin yanvar ayında pensiyaya çıxanların da pensiya məbləğləri artırılacaqmı? Sosial şəbəkə vasitəsi ilə bizə ünvanlanan sualların biri də məhz budur. "Əmək pensiyaları haqqında" Qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, ötən ilin yekun əmək haqqı artımının 11 faizə yaxın olacağı gözlənilir: "Bununla yanaşı, bəzi vətəndaşlarımız yanvar ayı ərzində pensiyaya çıxıblar və artıq onlar da pensiya alırlar. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2023-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır. Bu isə o deməkdir ki, yanvar ayında pensiya hüququ qazanan pensiyaçılarımızın pensiya məbləğləri gələn ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Bütövlükdə, bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın pensiyası 2025-ci ildə indeksləşdiriləcək".

CESD sədri əlavə edib ki, bu il ərzindəki orta aylıq əmək haqqındakı artım faizi nəzərə alınmaqla artımlar həyata keçiriləcək: "Bu ilki indeksləşdirmə isə bu ilin yanvarın 1-dək pensiya hüququ qazananlara şamil olunacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.195975