Bu il 8 prokurorluq işçisi cəzalandırılıb
2024-07-22 12:52:01

2024-cü ilin birinci yarımilində 8 prokurorluq işçisi cəzalandırılıb.
Hurriyyet.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş Kollegiya iclasında bildirib.
Qeyd edilib ki, 2024-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə, 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.
Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 3 nəfər vəzifədən azad edilmiş, 4 nəfərə töhmət və ya şiddətdi töhmət verilib.
