Saat:09:39
Haqqımızda

“Bu, ikiüzlü siyasətin bir başqa nümunəsidir”

2022-01-21 16:08:00

“Bu, ikiüzlü siyasətin bir başqa nümunəsidir”

“Çox qəribə vəziyyət yaranıb. Krımı ilhaq edən və Donbas separatçılarına dəstək verən Rusiya bir tərəfdən Ukraynaya hərbi müdaxiləyə hazırlaşır, o biri tərəfdən Ukraynaya qaz ixracı və bu ölkə üzərindən tranzit həyata keçirir. Ukrayna və Avropa da eyni vəziyyətdədir, həm Rusiyanı işğalçı adlandırırlar, həm də insanları qızdırmaq və müəssisələrini davamlılığını təmin etmək üçün Rusiya qazından imtina edə bilmirlər”.

Hurriyyet.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan şahinoğlu məlumat paylaşıb.

O qeyd edib ki, Ukrayna Rusiya qazından imtina etdiyi halda həmin qazı Avropa ölkəsi üzərindən alır: “Almaniyada ümumiyyətlə ikitirəlikdir. Almaniyanın yarısı deyir ki, “tikintisi başa çatan “Şimal axını-2” boru xəttini işlətmək lazımdır ki, Rusiyadan daha çox qaz alaq”, o biri yarısı isə əksinə bunun ölkənin Rusiyadan qaz asılığına gətirib çıxaracağını bildirir, beləydisə boru xəttinin tikintisinə niyə razılıq vermişdilər – bu sual da açıq qalıb. Berlin Rusiyanın Ukrayna siyasətini tənqid etsə də, Kiyevə hərbi texnika satmaqdan imtina edib. Bu da ikiüzlü siyasətin bir başqa nümunəsidir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR