Saat:20:19
Haqqımızda

Bu iki ölkə “Quran"ın yandırılmasına icazə vermədi

2023-02-04 22:42:00

Bu iki ölkə “Quran

Norveç və Finlandiya "Qurani-Kərim"in yandırılmasına icazə verməyib.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyaya səfəri çərçivəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Norveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra bu aksiyanın ləğv edildiyini bildirib.

Bundan əlavə, Finlandiya xarici işləri naziri də türkiyəli həmkarına bu cür addımın atılmasına ölkəsi ərazisində icazənin verilməyəcəyini söyləyib.

Çavuşoğlu, müqəddəs kitabların yandırılmasının cinayət olduğunu, ifadə azadlığı ilə əlaqəsinin olmadığını vurğulayıb. \\Teleqraf.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR