Saat:01:24
Haqqımızda

Bu halda sürücüləri 250 manat cərimə gözləyir

2025-12-02 23:00:50

Bu halda sürücüləri 250 manat cərimə gözləyir

Bəzi sürücülər sürət həddini aşmaya görə cərimələrin miqdarından xəbərsizdir.Bəs,bu necə tənzimlənir?

Sürət həddini aşmaya görə cərimələrin məbləği nə qədər artır.

Hurriyyet.Az Oxu24.com-a istinadla xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində maddədə aydınlıq gətirilir.

Həmin Məcəllənin 328-ci maddəsinə görə, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmaya görə aşağıdakı cərimələr təyin edilir:

328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir.

328.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir.

328.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-yüz əlli manat məbləğində cərimə edilir.

328.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə-iki yüz əlli manat məbləğində cərimə edilir.

 

Hazırladı: Miri Məcidli