“Bu hadisədən sonra Putin qəzəbləndi, onu işdən qovdu” – Rusiyada nə baş verir?

2022-09-12 20:23:00

“Bu hadisədən sonra Putin qəzəbləndi, onu işdən qovdu” – Rusiyada nə baş verir?

Rusiya Prezidenti Vladimir Putin Ukrayna qoşunlarının şərq cəbhəsində uğurla irəliləməsi, hərbçilərin Rusiya sərhədinə 30 mil yaxınlaşmasından sonra yüksək rütbəli generalı vəzifədən qovub. 

Hurriyyet.az xəbər verir ki, bu barədə “DailyMail” nəşri məlumat yayıb. Nəşrin araşdırmasında bildirilir ki, 16 günlük uğursuz müdafiədən sonra rus qoşunları çaxnaşma içində tankları, silah və ləvazimatları ataraq qaçıblar.

“Güman olunur ki, Rusiya prezidenti general-leytenant Roman Berdnikovu vəzifəsindən azad edib. Çünki Kreml ordusu son bir neçə gün ərzində Ukraynanın geniş ərazilərini əlində saxlaya bilmədi.

Bəzi mənbələr iddia edirlər ki, rus əsgərləri ölkənin şimal-şərqindəki Xarkov vilayətində irəliləyən Ukrayna ordusunu görəndə sözün həqiqi mənasında öz mövqelərini qoyub qaçıblar. Onlar hətta hərbi paltarlarını da əraziyə tullayıblar.

Bu proseslər, Ukrayna əsgərlərinin bir neçə gün ərzində, müharibədə dönüş nöqtəsi yaradan 1000 kvadrat mildən çox ərazini ələ keçirməyə cəhd etməsi fonunda baş verir.

Bu həm də Ukraynanın cənubdakı əks-hücumla bağlı uzun sürən “dezinformasiya kampaniyası”ndan sonra baş verdi. Hansı ki, onlar həmin dezinformasiyalar sayəsində Rusiyanın əsas qüvvələrini bu istiqamətə yönəldə bildilər və şimal-şərqi hücum üçün həssas nöqtəyə çevirdilər”.

Müəllif qeyd edir ki, sözügedən ərazilərdə əsas hücumlar altı gün əvvəl başlayıb və Moskvanı qoşunların mühasirəyə alınmasının qarşısını almaq üçün hərbçiləri geri çəkməyə məcbur edib. 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, general-leytenant Berdnikov 2022-ci il avqustun 26-da Qərb Silahlı Qüvvələrinin komandanı təyin edilib.

“Lakin görünür, onun belə mühüm vəzifədə qalması qısamüddətli olub. Ukrayna kəşfiyyatı Putinin onu Xarkovdakı uğursuzluqlara görə işdən çıxardığını bildirib. Bu barədə Kremldən heç bir təsdiq gəlməyib.

Rusiya qüvvələri son günlər çılğın şəkildə irəliləyən ukraynalı müdafiəçilərdən yayınmağa çalışsa da, Ukrayna bölmələrindən biri komandanlıq zəncirinin qırıldığını və Kreml qoşunlarının cavab verməyə belə cəhd etmədən qaçdığını bəyan edib.

Hətta etibarlı mənbələrdən birinin “The Telegraph”a verdiyi məlumata görə, bir çox peşəkar hərbçi Ukrayna əsgərlərinin nişangahına tuş gəlməmək üçün mülki paltar geyinib və böyük miqdarda texnika, sursatı ərazidə ataraq qaçıb. Mənbə deyib: “Onlar həqiqətən qorxdular, “komanda zəncirlər”i xaos içində idi. Zabitlər döyüş başlamamış ərazini tərk ediblər”.

Azad edilən ərazilərdə isə xeyli sayda hərbi formalar olub. Bu cür addım atanlardan bəziləri isə mülki geyimdə qaçmağa çalışarkən tutulub. Onlar inanılmaz cəfəngiyyatlar danışıbdılar”, – nəşr yazıb. \\Gundem.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.071701