"Bu gün ukraynalıların ən böyük silahı məhz motivasiyalarıdır" - NATİQ CƏFƏRLİ

2023-02-23 15:07:00

"Ukrayna xalqı bu gün bir tək öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda deyil, bütün post-sovet məkanı üçün mübarizə aparır"

"Rusiyanın Ukraynaya vəhşicəsinə soxulması, işğalı genişləndirilməsi cəhdindən 1 il keçir. Ukrayna xalqının "rus ayısı" qarşısında 1 il qəhrəmancasına dözməsi, hətta çox ciddi müqavimət göstərməsi hamı üçün gözlənilməz olsa da, Ukrayna xalqı üçün sürpriz olmadı. Çünki öz torpaqları, haqq işi, işğala qarşı mübarizə aparan xalqların motivasiyası həmişə daha güclü olur". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, bu gün ukraynalıların ən böyük silahı bir tək Qərbin hərbi yardımları deyil, məhz motivasiyalarıdır: "Rusiyanın işğalçı müharibəsinin ildönümündə bütün dünyadan Ukraynaya dəstək mesajları, Kiyevə səfərlər artır. Bu gün REAL Partiyasının Milli Məclisdə təmsilçisi Erkin Qədirli də AŞPA nümayəndə heyyətinin tərkibində Kiyevə səfərə gedib. Yeri gəlmişkən, cənubi Qafqaz respublikalarının AŞPA təmsilçilərindən bu heyətə daxil edilən, dəvətli olan yeganə deputat məhz Erkin Qədirlidir".

REAL-ın icra katibi əlavə edib ki, Ukrayna xalqı bu gün bir tək öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda deyil, bütün post-sovet məkanı üçün mübarizə aparır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.178423