Bu gün-sabah Xankəndinə girəcəyik - ŞOK AÇIQLAMA

2022-07-30 16:14:00

Bu gün-sabah Xankəndinə girəcəyik - ŞOK AÇIQLAMA

Rəsmi İrəvan yenə də Qarabağ məsələsini Azərbaycan-Ermənistan münasibətləri kontekstindən çıxarmaq istəyir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqroyanın ötən gün verdiyi açıqlama da bunu sübut edir. 

Belə ki, Qriqoryan yenə də ölkəsinin “nala-mıxa vurma” siyasətindən məharətlə istifadə edərək, Qarabağ məsələsini Azərbaycan-Ermənistan münasibətlərindən kənarda tutduqlarını qeyd etməklə yanaşı, Ermənistanın 1991-ci il MDB sazişinə əsasən, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını da bildirib.

Həmin açıqlamanı Yenisabah.az-a şərh edən siyasi şərhçi Fikrət Sadıxov bildirib ki, buna səbəb hazırda Ermənistanda qeyri-stabil bir hakimiyyətin hökm sürməsidir:

“Onlar öz hakimiyyətlərini saxlamaq üçün Qərblə Rusiya arasında çabalayırlar. Bu məqamda təbii ki, onlar müxalif qüvvələri də qane etmək istəyir. Lakin, əlbəttə ki, yeni hakimiyyətə gələn “Mənim addımın” Partiyası əvvəlcədən daha sağlam düşüncəli istiqamət götürmüşdü. Çünki onlar “Qarabağ klanı”ndan fərqli olaraq, radikal fikirlər səsləndirməyib. Onlar başa düşürlər ki, vəziyyət Azərbaycanın xeyrinədir. Azərbaycan artıq öz torpaqlarını azad edib. Bu gün-sabah Xankəndinə də girəcəyik və orada da azərbaycanlılar yaşayacaq. Bu da çox real bir vəziyyətdir”.

Politoloq əlavə edib ki, ona görə də Ermənistan hakimiyyəti bunu çox yaxşı başa düşür:

“Amma görünür, bunların konkret addım atmağa, yaxud hansısa bir sənədə - sülh sazişinə imza atmaq, eləcə də Zəngəzur dəhlizinin açılması, sərhədlərin təyin edilməsi və s. məsələlərə iradəsi çatmır. Görünən odur ki, müəyyən qorxular mövcuddur və onlar bir sıra xarici qüvvələrin təsirindən narahatdırlar, eləcə də daxildəki müxalifətdən. Beləliklə də, onlar belə bir ortaq vəziyyətdə qalaraq, görünür, hələlik öz hakimiyyətlərini möhkəmləndirmək istəyirlər. Amma bu, nə qədər çəkəcək, məlum deyil. Biz isə onların bu çabalamasına uzun müddət dözmək fikrində deyilik. Biz konkret, real addımlarımızı atmalıyıq və kim nə deyirsə-desin, hansı bəyanatla çıxış edirsə-etsin, bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü tam bərpa etməkdir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063550