Bu gün Qarabağ ilə bağlı səs verəcək 15 ölkə - SİYAHI
2023-08-16 19:11:00

Xəbər verdiyimiz kimi, bu gün Bakı vaxtı ilə 23:00-da Qarabağdakı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Hurriyyet.Az axar.az-a istinadən xəbər verir ki, iclas Ermənistanın “Qarabağdakı vəziyyətlə bağlı” tələbilə çağırılıb.
İclasda BMT TŞ-nin 5 daimi üzvü - ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya ilə yanaşı, 10 qeyri-daimi üzvü - Albaniya, Braziliya, Qabon, Qana, Birləşmiş Ərəb Əmirlikləri, Niger, Norveç, Sent-Vinsent və Qrenada, Tunis və Estoniya da iştirak edəcək.
Qeyd edək ki, bu ölkələrdən Qabon, Qana, BƏƏ, Niger, Sent-Vinsent və Qrenada və Tunis həmçinin Qoşulmama Hərəkatının üzvləridir.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya