Saat:20:16
Haqqımızda

Bu gün müharibə başlamadı. Nə baş verir? – Moskvadan baxış

2022-02-16 14:12:00

Bu gün müharibə başlamadı. Nə baş verir? – Moskvadan baxış

Beləliklə, Vaşinqton və Londonda müharibənin başlanması üçün ən rahat tarix müəyyənləşdirdilər - 16 fevral, səhər saatları. Amma müharibə başlamadı... Nələr baş verir və bizi nə gözləyir?

Axar.az-ın bu sualına tanınmış rusiyalı politoloq Semyon Uralov cavab verib:

“Bizim xalqlar arasında heç bir müharibə ola bilməz. Amma bunu istəyənlər çoxdur. Beləliklə, çox maraqlı prosseslər içindəyik. Bizə klassik sual verdilər: “Ruslar müharibə istəyirlərmi?” Kiyev rəhbərləri bizim kimi eyni fikirdə olduqlarını nümayiş etdirdilər - müharibə istəmirik! Niyə belə oldu? Çünki biz möhkəm bağlarımız olan bir xalqın nümayəndələriyik. Lakin təxirə salınmış problem yenə də problem olaraq qalır. Fevralın 16-da baş verməyən müharibə, hər an kənar qüvvələr tərədindən qızışdırıla bilər. Buna hazır olmalıyıq”, - deyə ekspert qeyd edib.